Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Masajda ölən 2 yaşlı uşaqla bağlı cinayət işi açıldı

  • 2024.10.08 19:14
  • 2061 Baxış
Masajda ölən 2 yaşlı uşaqla bağlı    cinayət işi açıldı

Biləsuvar rayonunda azyaşlının ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

"Medicina" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Sentyabrın 7-də Biləsuvar rayon sakini, 2022-ci il təvəllüdlü Nəzrin Emin qızı Qubadlının xalq təbabəti ilə məşğul olan şəxs tərəfindən sümüklərinin manipulyasiyası zamanı ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla N.Qubadlının bədən səthinə göstərilən təzyiqlər nəticəsində yaranmış ağrı şokundan ehtiyatsızlıqdan ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.