Niyə gündə bir ovuc fındıq yemək lazımdır?

  • 2024.05.23 12:02
  • 408 Baxış
Niyə gündə bir ovuc fındıq yemək lazımdır?
Fındıq zövq alaraq yediyimiz ləzzətli çərəzlər sırasındadır. Bəs bu çərəzin sağlamlığa faydaları haqqında nə bilirik?

Mediciina.az bu möcüzəvi qidanın bilmədiyiniz faydalarını təqdim edir:

Sinirləri gücləndirir: Fındıq B vitaminləri ilə zəngindir. Bu vitaminlər sinir sisteminin sağlam işləməsi üçün lazımdır.

Diabet riskini azaldır: Fındığın tərkibindəki lif və yağ turşuları qan şəkərinin səviyyəsini tənzimləməyə kömək edir. Bu, diabet riskini azaldır.

Xolesterolu azaldır: Fındıqdakı mono doymamış yağ turşuları LDL (pis) xolesterolu azaltmağa və HDL (yaxşı) xolesterolu yüksəltməyə kömək edir.

Xərçəngdən qoruyur: Fındığın tərkibindəki antioksidantlar sərbəst radikalların yaratdığı hüceyrə zədələnməsinin qarşısını alır. Bu da xərçəngdən qorunma təmin edir.

Qəbizliyin qarşısını alır: Fındıqdakı lif bağırsaq hərəkətlərini tənzimləməyə və qəbizliyin qarşısını almağa kömək edir.

Yaşlanmanın qarşısını alır: Fındığın tərkibindəki antioksidantlar və E vitamini dəri hüceyrələrini qocalmadan qoruyur.

Gündə bir ovuc (təxminən 30 qram) fındıq istehlak etmək sağlamlıq üçün faydalıdır.

Aygün M