Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Proktoloq ən təhlükəli oturaq işləri SIRALADI

  • 2024.08.01 16:00
  • 1106 Baxış
Proktoloq ən təhlükəli oturaq işləri  SIRALADI
İndi demək olar ki, hər bir işləyən insan vaxtının çoxunu kompüterdə keçirir. Bununla belə, insanların oturaq işdən ən çox əziyyət çəkdiyi peşələr var.

Medicina.az xəbər verir ki, proktoloq Anastasiya Travnikova bu barədə “Gazeta.ru”ya danışıb.

O, oturaq işdən ən çox maliyyəçilərin və İT mütəxəssislərinin əziyyət çəkdiyini bildirib:

“Onlar təxminən 95% hallarda bütün iş vaxtlarını kompüterdə keçirirlər. Logistiklərin, marketinq və PR işçilərinin, eləcə də dövlət qulluqçularının isə işlərinin təxminən 80%-i kompüterlə bağlıdır”.

Mütəxəssisin sözlərinə görə, yuxarıda adları çəkilən peşələrin əksər nümayəndələri hətta nahar fasilələrini də ofis kreslosunda keçirirlər.

Həkim xəbərdarlıq edib ki, oturaq həyat tərzi bir çox problemlərə səbəb ola bilər:

“Belə hallarda ən çox piylənmə, çanaqda venoz qanın durğunluğu və nəticədə hemoroid inkişaf edir. Əgər işiniz əsasən oturaqdırsa, yenə də gün ərzində daha çox hərəkət etməyə çalışın. İstənilən fiziki fəaliyyət hemoroidin profilaktikası üçün faydalıdır - idman, məsələn, üzgüçülük (həftədə ən azı 2-3 dəfə yarım saat), təmiz havada gəzinti, yoqa, hətta iş arasında bir az isinmə hərəkətləri etmək buraya daxildir”.

Travnikovanın sözlərinə görə, iş yerində hətta bir neçə dəqiqəlik orta dərəcədə fiziki fəaliyyət çanaq orqanlarında qanın durğunluğunun qarşısını almağa və sağlamlığı qorumağa kömək edəcək.


Aysel