Qaragilə bu dərdlərin dərmanıdır

  • 2024.06.28 16:16
  • 839 Baxış
Qaragilə bu dərdlərin dərmanıdır
Qaragilə super meyvə kimi tanınır.

Medicina.az xəbər verir ki, qaragilə bir çox xəstəliyə qarşı təsirlidir.

Bu giləmeyvənin tərkibindəki birləşmələr ürək-damar sistemi üçün çox faydalıdır. Buna görə də ürək xəstəliklərinə və təzyiqə xeyirlidir.

Diabet, göz problemləri, mədəaltı vəzi, hipertoniya və əzələ problemləri üçün inanılmaz dərəcədə təsirlidir.

Qaragilə parkinson xəstəliyindən tutmuş demensiyaya, oynaq xəstəliklərindən tutmuş bağırsaq xəstəliklərinə qədər bir çox xəstəliyə faydalı təsirləri ilə diqqət çəkilir.

Onun faydalı xüsusiyyətləri də elmi şəkildə sübuta yetirilib.

Qaragilə xüsusilə antosiyaninlərlə zəngindir. Bu birləşmələr bədəndəki sərbəst radikallarla mübarizə apararaq hüceyrələri oksidləşdirici stresdən qoruyur. Bu xüsusiyyətləri sayəsində xərçəng, ürək xəstəlikləri və erkən yaşlanma kimi vəziyyətlərin riskini azalda bilər.

Qaragilə istehlakı ürək sağlamlığını yaxşılaşdırır. Qan təzyiqini aşağı sala, qan damarlarının elastikliyini artıra və pis xolesterolu (LDL) azalda bilər.

Həzm sağlamlığı üçün vacib olan liflə zəngindir. Lif həzmi tənzimləyir, bağırsaq sağlamlığını qoruyur və toxluq hissi verir.

Lutein və zeaxanthin kimi birləşmələr sayəsində qaragilə göz sağlamlığını qorumağa kömək edə bilər. Bu birləşmələr yaşa bağlı makula degenerasiyası kimi göz xəstəliklərinin riskini azaldır.

Qaragilə bədəndə iltihabı azalda bilən və iltihabı aradan qaldıran xüsusiyyətlərə malikdir.

Bəzi araşdırmalar göstərir ki, qaragilə istehlakı idrak funksiyalarını (xüsusilə yaddaşı) artırır. Bu təsirlərin beyində artan antioksidan aktivliyə bağlı olduğu düşünülür.

Qaragilə tərkibindəki vitaminlər (C, K) və minerallarla immunitet sistemini gücləndirir.

Bu giləmeyvəni təzə və ya dondurulmuş halda istifadə edə bilərsiniz. Onu meyvə salatlarına, qatığa, smuzilərə qata bilərsiniz.


Aysel