Qəhvənin daha bir faydası tapıldı – Bu xəstəlikdən qoruyur

  • 2024.05.30 10:19
  • 701 Baxış
Qəhvənin daha bir faydası tapıldı –  Bu xəstəlikdən qoruyur
Alimlər qəhvə istehlakının Parkinson xəstəliyi ilə mübarizədə kritik əhəmiyyətə malik olduğunu üzə çıxarıblar.

Medicina.az xəbər verir ki, alimlər qəhvə istehlakı ilə Parkinson xəstəliyi arasında tərs mütənasiblik olduğunu müəyyən ediblər.

“Neurology” jurnalında dərc edilən araşdırmada müntəzəm olaraq qəhvə içən fərdlərdə Parkinson xəstəliyinə tutulma riskinin daha az olduğu anlaşılıb.

Araşdırmada qəhvə içənlərin 25 faizində Parkinson xəstəliyinə tutulma riskinin heç qəhvə içməyənlərə nisbətən 40 faiz daha az olduğu qeyd edilib.

Əlavə edilib ki, ekspertlər 13 il ərzində 184 024 nəfərin məlumatlarını təhlil etdikdən sonra bu qənaətə gəliblər.


Aysel