Qəzzada 500 tibb işçisi həlak olub

  • 2024.05.14 15:13
  • 456 Baxış
Qəzzada 500 tibb işçisi həlak olub

2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində 138-i tibb bacısı olmaqla, 500 səhiyyə işçisinin həlak olduğu bildirilir.


"Medicina" xəbər verir ki, Qəzza zolağının Deyr əl-Belah şəhərindəki Əqsa Şəhidləri Xəstəxanasında tibb bacılarının təşkil etdiyi etiraz aksiyasında danışan Səhiyyə Nazirliyinin sözçüsü Halil əl-Dekran İsrailin 138 nəfər qadın tibb bacı və qardaşını öldürdüyünü deyib.



“Fələstin xalqının 40 mindən çox şəhid və itkin düşmüş, 70 mindən çox yaralı ilə nəticələnən dağıntı, köçkünlük, aclıq, həbs və kütləvi qətl müharibəsinə məruz qaldığını” deyən Dekran, tibb işçilərinin Fələstin xalqının ayrılmaz bir parçası olduğunu və yaralı xəstələrin canlarını qurtarmaq üçün milli və humanitar vəzifələrini yerinə yetirdiklərini ifadə edib.

İsrailin 500 tibb işçisini öldürdüyünü, 1500-ünü yaraladığını, 312 tibb işçisini isə həbs etdiyini bildirən Dekran, İsrailin oktyabrın 7-dən bu yana 33 xəstəxana, 53 sağlamlıq mərkəzi və 133 təcili yardım maşınını məhv etdiyini diqqətə çatdırıb.