Qonşu ölkədə denge qızdırması sürətlə yayılır

  • 2024.07.08 21:53
  • 411 Baxış
Qonşu ölkədə denge qızdırması  sürətlə yayılır
İranda denge qızdırması sürətlə yayılmağa başlayıb.

Medicina.az xəbər verir ki, artıq 63 nəfərin təhlükəli virusa yoluxduğu bildirilir.

İranın səhiyyə nazirinin müavini Səid Kərimi bildirib ki, şiddətli sümük ağrısı və yüksək hərarət şikayətləri ilə ölkədəki sağlamlıq mərkəzlərinə müraciət edən 200 nəfərdən 63-də denge qızdırması aşkarlanıb.

Kərimi bu insanların əksəriyyətinin Fars körfəzi ölkələrindən gəldiyini bildirib.

"Birləşmiş Ərəb Əmirliklərinə səyahət edənlər bu barədə mütləq diqqətli olmalıdırlar", - deyə o xəbərdarlıq edib.

Qeyd edilir ki, denge qızdırması virusu insanlara ağcaqanadlar vasitəsilə ötürülür. Virusa yoluxmuş ağcaqanadın sancdığı şəxslərdə maksimum 5 gündən sonra aşağı təzyiq, halsızlıq, yuxululuq kimi əlamətlərin görünür, ağır hallarda isə qanaxma səbəbiylə xəstəxanaya yerləşdirilirlər. Xəstəlik ölümlə nəticələnə bilər.


Aysel