Şəhid atası vəfat etdi - FOTO

  • 2024.07.09 15:36
  • 571 Baxış
Şəhid atası vəfat etdi -  FOTO
Vətən müharibəsi şəhidi Sadiq Bağırzadənin atası Şahin Bağırov vəfat edib.

Medicina.az xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyası Astara Rayon Təşkilatının Sədri Həbib Cəfərov sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, şəhid atası bu gün xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, şəhid Sadiq Bağırzadə 15 aprel 2002-ci ildə Astaranın Ərçivan qəsəbəsində doğulub.

O, 2020-ci il sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.








Şəhid atası vəfat etdi -  FOTO