Təmiz balı evdə necə yoxlayaq?

  • 2024.04.29 16:01
  • 701 Baxış
Təmiz balı evdə necə yoxlayaq?


Aldığınız balın təbii arı məhsulu, yoxsa saxta olduğunu öyrənmək həmişə asan olmur.


“Medicina” xəbər verir ki, Rusiya Arıçıları Birliyinin sədri Valeriy Kapunin balın keyfiyyəti üçün tövsiyə edilən məsləhətlərin işə yaramadığını bildirib.


“Evdə özünüzün balın təmizlik və keyfiyyətni yoxlamaq qeyri-mümkündür, bunu yalnız laboratoriyada etmək mümkündür.

“Hazırda kimyəvi sənayenin inkişafı imkan verir ki, balın qoxusu, konsistensiyası, dadı və rənginə tam uyğun saxta bal hazırıansın.


Xüsusən gözəl qablaşmada, xarici istehsal ballar. Süni bal fayda gətirmir, hətta çox hallarda zərərdir.


İndi mövsüm başlayır, senytabra qədər arıçılar gecə-gündüz çalışır ki, arıları qorusun və yaxşı məhsul yığsın. Amma arıçıların zəhməti heç vaxt dəyərləndirilməyib. Onlar təbii ballarını sata bilmir, çünki bütün ticarət şəbəkələri saxta ilə doludur”.

Aygün Musayeva