Tibbi plastırın içində xərçəng yaradan - maddə tapıldı

  • 2024.05.02 17:19
  • 703 Baxış
Tibbi plastırın içində xərçəng yaradan    - maddə tapıldı


Əlimizi kəsən kimi ilk tibbi yardım kimi yapışdırdığımız adi plastırlar təhlükəli imiş.


“Medicina” xəbər verir ki, Amerikalı toksikoloqlar yaraya yapışdırılan bantlarda təhlükəli PFAS maddə tapıblar.


Alimlər laboratoriya şəraitində 50 məşhur markanı təhlil edib. Onların 65 nümunəsində orqanik ftor aşkarlanıb, bu isə o deməkdir ki, onlarda poliftoralkil birləşmələr var.


PFAS ətraf mühitdə əbədi qalır, 20-30 ilə də parçalanmır.

PFAS hazırda bütün qablaşmalarda, məişət əşyalarında, qablarda və qidalarda var.

Alimlər hesab edir ki, plastıra bu maddə su keçirilməzliyinə görə qatılır.
Toksikoloq Linda Birnbaum bildirib ki, açıq yara ilə təmasdan PFAS qana keçir və qan dövranı ilə böyrək, qaraciyər və orqanları zədələyir. Gələcəkdə bu xərçəngə gətirib çıxara bilər.

ABŞ Milli Gigiyena İnstitutu istehsalçılara bu maddədən imtina etməyə çağırır.


Eləcə də belə yara bantlarını tez-tez istifadə etmək olmaz”.


Aygün Musayeva