Uralda insanlar marketlərdəki yumurtaları yalayır

  • 2024.05.29 19:12
  • 714 Baxış
Uralda insanlar marketlərdəki yumurtaları    yalayır

Uralda insanlar 1 milyon rublu qazanmaq üçün satışda olan çiy yumurtaları yalamağa başlayıb.


“Medicina” xəbər verir ki, buna səbəb sahibkar İvan Zayçenkonun yumurtadan zəhərlənmə olarsa, 1 milyon rubl kompensasiya vədini verməsidir.


Bundan sonra insanlar marketlərdə yumurtaları yalamağı sınayıb ki, zəhərlənsinlər.


Zayçenko Telegram kanalında xəstəxanaların zəhərlənmə şikayətləri ilə dolduğunu xəbər verib.


“Milyon rublluq ideya axmaq fikir idi, bu mənim səhvim idi. Rospotrebnadzor Uralda zəhərlənmənin artdığını bildirir”.

Alıcılar hər şeyi edir ki, zəhərlənmə əlaməti olsun, çiy yumurtaları yalayır, içirlər ki, salmonella ilə yoluxsunlar.

Biznesmen nə olursa olsun, kompensasiya verəcəyini deyib.
“Bizim yumurtalardan rəsmi 19 nəfər zəhərlənib.

Siyahını Rospotrebnadzordan alacağıq. Dİgərlərinə bir rubl da verilməyəcək.

Yumurtaları yalamayın, bu təhlükəlidir”.


Aygün M