Ürəyin qəfil dayanmasını tətikləyən səbəblər – Diqqətli olun!

  • 2024.04.23 19:02
  • 1120 Baxış
Ürəyin qəfil dayanmasını tətikləyən  səbəblər   –  Diqqətli olun!
Son zamanlar artan qəfil ürək dayanmasının səbəbləri həkimləri belə narahat edir.


“Medicina” xəbər verir ki, kardioloq Anna Koreneviç ürəyin qəfil dayanmasının əsas səbəbinin ağciyər arteriyasının trombla tıxanması olduğunu bildirib.


“Ağciyər arteriyasının budağının tromboemboliyası ürəyin qəfil dayanma səbəbidir.


Əgər tromb çox iridirsə, reflektor olaraq ürəyin dayanması və ölüm baş verir. Adətən kök aşağı ətraf venalarında olur. Kiçik çanaq və ayaqlarda olan tromb, kütlə qanla yuxarı çıxır.


Oturaq həyat, az hərəkət, az gəzmək, damar problemləri və qan laxtalanması trombun əsas səbəbidir.


Belə qəfil tutmalarda tibbi yardım kömək etmir, həkimlər çatdırmır. Çünki ürəyin qanla təminatı dayanır, əlamətlərdən cəmi 4 saat sonra ölüm baş verə bilər”.

Aygün Musayeva