Ürəyinizin istədiyi zərərli qidalar nəyə işarədir?

  • 2024.05.02 22:18
  • 527 Baxış
Ürəyinizin istədiyi zərərli qidalar  nəyə işarədir?
Bəzən ürəyimiz zərərli hesab edilən qidalar istəyir. Bu cür istəklər çox vaxt streslə əlaqəli olsa da, bəzən də bədənimiz fərqində olmadığımız ehtiyaclarımızı qarşılamağa çalışır.

Medicina.az hansı qida istəyinin orqanizm üçün nə mənaya gəldiyini araşdırıb.


Acı qidalar

Acı, istiotlu qidaların maddələr mübadiləsini sürətləndirmək kimi gözəl bir xüsusiyyəti var. Həmçinin tərkibindəki “kapsaisin” oynaqlardakı və əzələlərdəki ağrıları azalda bilər. Bu cür qidalar hətta miqreni də yüngülləşdirir. Bədəndə yüngül ağrılar olduğu zaman fərqində olmadan acı qidalar istəyirik.


Tünd şokolad

Bəzi tünd şokolad növlərində bir qutu koladan daha çox (təxminən 30 mq) kofein var. Bu tərkib hissəsi mərkəzi sinir sistemini stimullaşdırdığı üçün ayıqlığınızı və enerjinizi artırır. Buna görə də hər dəfə özünüzü yorğun və yuxulu hiss etdikdə şokolada can atmağınız normaldır.


Fıstıq əzməsi

Bu qida faydalı maddələrlə zəngindir. Əslində olduqca yararlı qidadır. Ancaq kalorisi yüksək olduğu üçün normadan artıq yeyildikdə kökəlməyə səbəb olur. Fıstıq əzməsində xolesterol səviyyəsini aşağı salan dərmanlarda istifadə olunan bir tərkib hissəsi var. Əsasən yaxşı qidalanmayan insanlar fıstıq əzməsinə can atırlar. Orqanizm qidalı maddələrdən məhrum qaldığı üçün fıstıq əzməsi tələb edir. Çünki bu məhsul zülal, antioksidant, yağ, dəmir, maqnezium və kalsium mənbəyidir.


Buz

Buz istəyi çox vaxt dəmir çatışmazlığı ilə əlaqələndirilir. Anemiya zamanı da baş verə bilər.


Un məmulatları

Bu qidalarda karbohidrat miqdarı çox yüksəkdir. Bir dilim tort yedikdən sonra toxluq hiss etmək asandır, çünki çoxlu kalori sizə tez bir zamanda çox enerji verir. Ancaq eyni sürətlə də yenidən acırsınız. Bu da qan şəkərinin qəfil yüksəlib enməsi ilə əlaqəlidir. Mütəxəssislərin fikrincə, orqanizm çörək, tort və ya makaron tələb edirsə, bu, xrom və ya azot çatışmazlığı səbəbindən baş verə bilər.

Bəzi tədqiqatçılar karbohidrat istəyini depressiya və stresslə də əlaqələndirirlər.


Ət və qamburger

Birdən ürəyinizə qamburger düşürsə, bunun səbəbi qırmızı ət ola bilər. Çünki ətdə çoxlu zülal var. Adətən, bədəndə zülal çatışmadıqda qamburgerə və ətə həvəs yaranır. Qırmızı ət, həmçinin dəmir, sink və B vitaminləri ehtiva edir.


Qazlı içkilər

Susadığınız zaman adi su əvəzinə qazlı içkilərə üstünlük vermək sadəcə zövq məsələsi ola bilər. Ancaq bu, fosfor turşusuna olan ehtiyacdan da yaranır.



Aysel