Xroniki bel ağrılarının çarəsi tapıldı

  • 2024.05.21 11:11
  • 629 Baxış
Xroniki bel ağrılarının çarəsi tapıldı
Alimlər xroniki bel ağrılarından qurtulmağın yolunu tapıblar.

Medicina.az xəbər verir ki, ABŞ-nin Ohayo Dövlət Universitetinin tədqiqatçıları siçanlarda zədələnmiş onurğa disklərini bərpa edən və ağrı ilə mübarizə üçün yeni üsul təklif edən gen terapiyası yaradıblar. Təqdim etdikləri terapiyada toxumaların bərpasını təşviq edən xüsusi genləri çatdıran nanodaşıyıcılardan istifadə edilir.

Tədqiqatın baş müəllifi və biotibbi mühəndislik üzrə mütəxəssis Devina Purmessur Uolterin sözlərinə görə, bu genlər toxuma inkişafında kritik rol oynayan və konsistensiyası yaşla azalan "FOXF1" adlı zülalın ifrazını stimullaşdırır. Eksperimentlərdə istifadə edilən siçanlarda onurğa funksiyasının əhəmiyyətli dərəcədə yaxşılaşdığı aşkar edilib ki, bu da tədqiqat müəlliflərinə bel ağrısının müalicəsində böyük uğura ümid etməyə imkan verib.

Bu inkişaf böyük əhəmiyyət kəsb edir, çünki ağrıları azaltmaqla yanaşı, müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların həyatını asanlaşdıra bilən hərəkətliliyi bərpa edir.