Yayda dərini və gözləri günəşdən qoruyan meyvə

  • 2024.07.04 21:13
  • 596 Baxış
Yayda dərini və gözləri  günəşdən qoruyan meyvə
Ərik sağlamlığa bir çox faydası olan yay meyvələrindən biridir.

Medicina.az xəbər verir ki, ərik yayda ən çox istehlak edilməli olan meyvələrin başında gəlir.

Çünki onun tərkibindəki maddələr yayda günəşin mənfi təsir etdiyi dərini və gözləri qoruya bilər.

Ərik tərkibindəki beta-karoten ilə dərini sağlam saxlamağa kömək edir və antioksidan xüsusiyyətləri sayəsində dəri hüceyrələrini qoruyur.

Beta-karoten göz sağlamlığı üçün də vacibdir, çünki bədəndə göz sağlamlığını qoruyan A vitamininin istehsalında rol oynayır.

Ərik C vitamini də ehtiva edir. Bu sayədə immunitet sistemini dəstəkləyir və bədəni xəstəliklərə qarşı qoruyur. Bununla da bir növ qışda orqanizmi qoruyan sitrus meyvələrini əvəz edir.


Liflə zəngin olan ərik həzm sağlamlığını dəstəkləyir və həzm problemlərinin qarşısını alır. Qəbizliyə qarşı təsirlidir.

Tərkibində sümük sağlamlığı üçün vacib olan kalium və maqnezium kimi minerallar var.

Bu meyvənin antioksidan xüsusiyyətləri sərbəst radikalların zərərli təsirlərini azaldaraq orqanizmi xərçəngdən qoruya bilər.

Ərik lifli quruluşu sayəsində xolesterin səviyyəsini azaldır.

Onun bütün bu faydalarından yararlanmaq üçün isti havalarda hər gün ən azı 1 ədəd ərik yemək lazımdır.


Aysel