Azərbaycan daha bir ölkəyə peyvənd göndərdi

  • 2021.07.19 21:55
  • 1051 Baxış
Azərbaycan daha bir ölkəyə peyvənd göndərdi

İyulun 19-da Azərbaycan Hava Yollarının (AZAL) təyyarəsi ilə Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərinə koronavirusa qarşı 40 min peyvənd çatdırılıb.

Bu barədə Medicina.az -a AZAL-dan bildirilib.

Xatırladırıq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə üçün humanitar yardım olaraq, həmçinin Tacikistana 40 min "AstraZeneca" vaksininin dozası çatdırılacaq.