Azərbaycanda koronavirus xəstəsi çayxanada tutuldu

  • 2021.08.03 15:08
  • 2438 Baxış
Azərbaycanda koronavirus xəstəsi   çayxanada  tutuldu


Tovuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus testinin nəticəsi pozitiv çıxan rayon sakini Füzuli İlyasov ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozub. Belə ki, onun yaşadığı evi tərk edərək çayxanaya getməsi aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə F.İlyasov yaşadığı evə göndərilib.


Fakla bağlı İstintaq Bölməsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.