Azərbaycanda kovidə yoluxma sayı - 13 may

  • 2022.05.13 16:47
  • 1452 Baxış
Azərbaycanda kovidə yoluxma sayı  - 13 may



Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 9 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.


Azərbaycanda indiyədək ümumilikdə 792 664 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 890 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə sayı 65 nəfərdir.

Ölkədə son sutka ərzində 2 658, hazırkı dövrədək isə 6 847 892 test aparılıb.