Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda qrip peyvəndi kimlərə pulsuz vurulacaq?

  • 2020.10.22 16:22
  • 3700 Baxış
Azərbaycanda qrip peyvəndi kimlərə pulsuz vurulacaq?


Səhiyyə Nazirliyi tərəfindən mövsümi qrip əleyhinə peyvəndlər alınıb. Həmin peyvəndlər dövlət hesabına əhaliyə vurulacaq.

Medicina.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İSİM-in şöbə müdiri Səbinə Babazadə deyib.

O bildirib ki, qriplə COVİD-19 virusunun simptomları bənzər olsa da onları bir-birindən fərqləndirən kiçik nüanslar var:

“Vaksinlərin keyfiyyətinə görə, həm qiyməti, həm də saxlanılması qaydaları fərqli olur. Ölkəyə gətirilən bu vaksinlər çox keyfiyyətlidirlər. Nazirlik tərəfindən alınan bu peyvəndlər risk qrupunda olan bütün tibb işçilərinə, yaşı 65-dən yuxarı olan şəxslərə, hamilələrə və 6 aydan yuxarı olan uşaqlara vurulacaq. Digər qruplar isə özləri könüllü olaraq peyvənd üçün müraciət edə bilərlər”.