Azərbaycandakı intiharların qaranlıq sirləri –Elmi-lədun bilicisindən səbəblər və xilas yolları

  • 2021.02.25 16:43
  • 6876 Baxış
 Azərbaycandakı intiharların qaranlıq sirləri – Elmi-lədun bilicisindən səbəblər və xilas yolları



Elmi-ləduna görə intiharların qarşısı fizikanın qanunları ilə alınmalıdır.


Son dövrlər intiharlar sürətlə artmaqdadır. Azərbaycan kimi kiçik bir ölkədə üç gün içərisində dörd intihar hadisəsi baş verməsi problemin ciddiliyindən xəbər verir. İntihar edənlərin sosial tərkibinə nəzər saldıqda, onların maddi cəhətdən başqalarından heç də aşağı səviyyədə yaşamadığını (bəlkə də çoxundan üstün olduğunu) görmək olur.

Odur ki, bir psixoloq və elmi-lədun bilicisi olaraq, intiharların bu qədər artmasının sirlərini araşdırmaq qərarına gəldik.


Medicina.az xəbər verir ki, psixoloq, elmi lədun üzrə mütəxəssis Paşa Yaqub intihar edən şəxsin ürəyi və beyninə sanki kompüterə düşən virus kimi yad bir proqramın yazıldığını bildirir. O, insanları intihardan necə xilas etməyin yollarını da açıqlayıb.



“İnsanı bu dünyaya bağlayan, həyatın bütün məşəqqətlərinə baxmayaraq, dünyadan iki əlli tutmağa vadar edən, fərdin qəlbində olan sevgi hissidir. Məhz dünyaya, doğmalarına, yaxınlarına olan məhəbbət hissi insanı dünyaya bağlayır.

Bəzən, insana ötürülən neqativ enerji onun qəlbində olan sevgi hissini silir. Bu vaxt insanı dünyaya bağlayan bağ qırılır. İnsan özünə qapanır, sevdikərindən uzaqlaşır, hətta, doğmalarını belə görmək istəmir.

Bilməliyik ki, insan qəlbindəki məhəbbət hissi kompyuterdəki fayl və proqramlara bənzəyir.

Virus kompyuterdəki fayl və proqramları necə silirsə, neqativ enerji də insnın qəlbindəki sevgi və inam hissini eləcə silir. Bundan sonra insan depressiyaya düşür və sevdiklərindən uzaqlaşır. Qəlbində onu dünyaya bağlayan bağ (sevgi, məhəbbət) olmadığından intihar haqda düşünməyə başlayır.

Belə insanlarda ilk növbədə həyəcan, qorxu, diksinmələr, qarabasmalar və s baş verir. Daha sonra özünə qapanır; sevgisiz, həvəssiz olur; səbəbsiz ağrıları, qəlbində sıxılmaları olur; yuxuya gedərkən ayağı sanki boşluğa düşür, yaxud, yüksəklikdən yıxıldığını hiss edərək oyanır; bəzi xəstələrdə gecələr tez-tez sidiyə çıxma, həzm problemləri olur; bəzilərində isə, hallüsinasiya (ətrafında kölgə görmə, boş otaqdan səs eşitmə) baş verir. İnsan səbəbsiz əsəbləşir və səbəbsiz ağlayır. Bütün bunlar aradan qaldırılmadıqca, içindəki dəhşətli sıxıntı onu intihara sövq edir.

Xəstənin dini inancı olduqa, bu faktor intiharı bir qədər ləngidir. Çünki, cəhənnəm qorxusu onu bu fikirdən bir qədər daşındırır. Lakin, intihar fikri hələ də beyindən çıxmır.

Orqanizmə düşən neqativ enerji güclü olduqda isə, nə dini inanc, nə də övlad sevgisi insanı intihar fikrindən daşındıra bilmir. Yuxarıda qeyd etdik ki, intihar fikrində olan insanda bir qayda olaraq, övladlarına və yaxınlarına qarşı sevgi hissi olmur.

Bu hiss onların qəlbindən silinmiş olur. Bu səbəbdən heç kəsi sevmir, əks cinsə məhəbbət hissi olmur, hamıya şübhə ilə baxır. Yaxınlarının hər bir xoş hərəkəti onu əsəbləşdirir.

Belə pasiyentlər nevroloqlara və psixatrlara müraciət etdikdə, bu cür xəstələrə əsasən əsəb sakitləşdirici, psixotrop dərmanlar yazılır. Bu dərmanlar onu bir qədər sakitləşdirsə də, narkotik təsirli olduğundan, asılılıq yaradır və beynin fəaliyyətini getdikcə zəiflədir. Nəticədə beyin keyləşir, əmək qabiliyyəti itir, əks cinsə həvəs olmur. Bu cür dərmanların qəbulu intihar fikrini bir qədər ləngitsə də, onları qəbul etmədikdə təkrar narahatlıq və intihar fikri yaranır...

Xəstəni intihar fikrindən necə xilas etməli?

Elmi-ləduna görə intiharların qarşısı fizikanın qanunları ilə alınmalıdır.
Bildiyimiz kimi, fizikada iki cür enerji növü vardır - sabit və dəyişən cərəyan. Müqayisə üçün deyim ki, televizorun ekraranında 2-3 min volt sabit cərəyan var. Lakin bu cərəyan insanı nəinki öldürmür, əksinə, görüntü və informasiya verdiyi üçün faydalıdır. Televizorun giriş hissəsində isə, cəmi 220 volt cərəyan olmasına baxmayaraq, bu cərəyan öldürücüdür. Çünki, bu cərəyanın növü DƏYİŞƏN cərəyandır.

İnsan da enerji (ruh) daşıyıcısıdır. Onun enerjisi nə qədər ki, sabitdir, heç bir problem baş vermir. Elə ki, insanın üzərinə neqativ (qara) enerji yönləndirilir, ilk növbədə ondakı enerjinin növü dəyişir. Sabit cərəyan "dəyişən cərəyan" formasına keçir. Beləliklə, orqanizmdə sabitlik pozulur, halı tez-tez dəyişir – gah yaxşı, gah da pis olur. Belə şəxslərin fikirləri də halları kimi dəyişkən olur, qərar verə bilmirlər.
Bundan sonra həmin şəxsdə depressiyanın yuarıda sadaladığım əlamətləri müşahidə olunur və intihar haqda düşünməyə başlayır.

Araşdırmalarımız göstərir ki, insanda intihar fikrinin yaranması nə tibbin, nə də psixologiyanın qanunlarına uyğundur; əslində bütün bunlar fizikanın qanunlarına uyğun olaraq baş verir və bu elmlə də aradan qaldırılmalıdır (psixologiya elmi buna qadir olsaydı, Azərbaycanın ən məşhur psixoloqu 3 il əvvəl intihar etməzdi).

Bir psixoterapevt və elmi-lədun bilicisi olaraq, intiharların qarşısını almaq üçün çox araşdırmalar apardım. Nəhayət, tester cihazının funksiyası diqqətimi cəlb etdi. Fiziklər bu aparatın funksiyalarını yaxşı bilirlər.


Fizik olmayanların nəzərinə çatdırım ki, tester aparatının çoxsaylı funksiyalarından biri də cihazın (məsələn, televizorun) daxilində olan dəyişən cərəyanı sabit cərəyana çevirməkdən ibarətdir.

Yuxarıda qeyd etdim ki, intiharı yaradan səbəbin kökündə orqanizmdəki (ruhdakı) sabitliyin pozulmasıdır. Yəni, enerjinin “dəyişən cərəyan” formasına keçməsidir. Deməli, fizikada enerji hansı qaydada sabitləşdirilirsə, insan orqanizmində də həmin prinsiplə sabitləşdirilməlidir.

Uzun araşdırmalardan sonra kəşf etdim ki, kompyuter insanın alt kopyası olaraq yaradıldığı kimi, tester cihazı da insanın alt kopyası olaraq yaradılıb. Yəni, testerdə olan bütün funksiyalar əslində insanda da var; sadəcə indiyədək kəşf edilməyibmiş. Elmi-lədun (elmin alt qatı) üsulu ilə bu sirləri kəşf etdikdən onra, nə qədər qəribə də olsa, artıq xəstələr üçün özüm tester funksiyasını yerinə yetirməyə başladım. Yəni, onlara əlimi vurduqda həm ağrının harada olduğunu, səbəbini təyin edə, həm də insanda dəyişən cərəyanı, sabit cərəyana çevirə bilirəm (tester cihazında olduğu kimi).

Bu metodla elə birinci seansda xəstənin gərginliyini aradan qaldırmaq, qəlbində məskən salmış və onu intihara vadar edən şiddətli sıxıntıları yox etmək mümkündür. Bu vaxt ruhdakı neqativ enerji yoxa çıxır və insan sakitləşir (sabitləşir).

Onu da qeyd edim ki, bu metodla tək intihar fikrini deyil, tibb elminin müalicəsiz hesab etdiyi bütün xəstəlikləri asanlıqla sağaltmaq mümkündür.


Ona görə elmi-lədun metodu ilə birinci seansdaca intihar fikrindən daşınırlar və qapandıqları otaqdan çıxaraq, cəmiyyətə qaynayıb-qarışırlar... Kompyuterdən silinmiş fayl və proqramlar necə bərpa olunursa, intihar etmək istəyənin də qəlbindən silinmiş sevgi, məhəbbət hissləri, inam və ümid elə bərpa olur.

Onu da qeyd edim ki, neqativ təsirə məruz qalmış və intihar həddinə çatmış adamlarda inam hissi olmadığından, özləri gəlmək istəmirlər. Bəzi hallarda yaxınları tərəfindən zorla gətirilirlər. Belə pasiyentləri yaxşı olar ki, məcburi evində birbaşa müalicə etmək lazımdır.

O ki, qaldı neqativ enerjinin insan ruhuna haradan, hansı yolla yoluxmasına, bunun bir neçə yoluxma yolu vardır. Bunlardan ən çox yayılanı nəfs, bədnəzərdir ki, orqanizmdə sabitliyi pozaraq, bir çox xəstəliklərin yaranmasına səbəb olur. Lakin, bu forma yüngül olduğundan, insanı intihara sövq etmir; sadəcə xəstəliyə salaraq, uzun illərdən sonra öldürə bilir.

Neqativ (qara) enerjinin ən ağır forması insana magik yolla ötürülür. Bu, xakerlər tərəfindən kompyuterə göndərilən virusa bənzəyir – insanın həyatını dondurur və sözün əsl mənasında sıradan çıxarır (özünə qapandıraraq, sonda intihara sövq edir). Bu işlə falçı və cadugərlər məşğul olurlar ki, müqəddəs kitablarda Yaradan bu işlə məşğul olanları lənətləyir.

Onların iş prinsipi elmin alt qatına aiddir və əsasən kimyanın (kimyəvi elementlərin) sirləri üzərində qurulur. Cdugərlərə bu sirləri lənətlənmiş varlıqlar öyrədir (bu sirlər dünyəvi elmə aid olmadığından, kimyaçılar onları bilmirlər).

İntihar etmək istəyən adamlar öz planlarını əsasən ən sakit yerdə və sakit vaxtda həyata keçirirlər. Əsasən gecə, yaxud səhərə yaxın, insanlar yuxuda olarkən intihar etməyə çalışırlar. Ona görə də bu cür adamları tək qoymaq olmaz.
Çalışmaq lazımdır ki, bu cür özünə qapanan xəstələrin olduğu otağın havası tez-tez dəyişilsin (özləri buna etiraz etsə də), paltarları tez-tez dəyişilsin və ətirlənsin, tualetə telefonla girməsinlər, axşamüstü hamama girməsinlər.

Belə xəstələrə fizikanın qanunlarına əsaslanan müalicə metodu ilə bir neçə seans kifayətdir ki, düşdükləri depressiv vəziyyətdən çıxıb, cəmiyyətə qaynayıb-qarışsınlar.


Əgər xəstəni gətirmək mümkün deyilsə, onda yaxınları gəlib bizimlə məsləhətəşsələr, fərdi qaydada verdiyimiz tövsiyyələr insann depressiyadan çıxmasına və intihar fikrindən daşınmasına səbəb olur”.