Bu iki meyvəni birlikdə yemək olmaz

  • 2025.10.17 21:40
  • 222 Baxış
Bu iki meyvəni birlikdə yemək    olmaz

Həkimlər birlikdə təhlükəli olan iki meyvəni müəyyən ediblər.


Müəyyən meyvələrin birləşməsi bağırsaq tıxanmasına səbəb ola bilər.


“Medicina” xəbər verir ki, macarıstanlkı dietoloqlar, nar və bananın birləşməsinin həzm üçün təhlükəli olduğunu, bəzi hallarda isə hətta bağırsaq tıxanması səbəbindən həyat üçün təhlükə yaratdığını bildiriblər.

Qeyd olunur ki, nar liflidir və çətin həzm olunur, bananda isə suyu bağlamağa imkan verən yüksək pektin maddəsi var.

"Pektin nar dənələrinin bağırsaqlarda şişməsinə səbəb olur ki, bu da toxumların hərəkət etməsi çətin olan kütlə əmələ gəlməsinə səbəb olur. Bu kütlə quruya və bağırsaqları bağlaya bilər".

Müəllif vurğulayır ki, banan-nar birləşməsi azyaşlı uşaqlar və yaşlılar üçün xüsusilə təhlükəlidir, onlar tez-tez kifayət qədər su içməyi unudurlar ki, bu da onların həzmini ləngidir.

Bundan əlavə, oxşar təsirə səbəb ola biləcək bir neçə başqa birləşmə də var: liflə zəngin olan alma, müsli, çia toxumu, armud və ya nar heyva, armud, qarağat, gavalı, böyürtkən, qarğıdalı və ərik kimi pektinlə zəngin olan meyvə və giləmeyvə ilə birləşdirilməməlidir.


Aygün Musayeva