Uşağı yaş, quru, bahalı və s. salfetlə silmək önəmli deyil. Önəmli olan düzgün qaydanı bilməkdir.
Medicina.az xəbər verir ki, bu sözləri uroloq, androloq Kamranbəy Qasımov bildirib.
Həkimin sözlərinə görə, uşağın altı yaş, nəmli qalmamalıdır:
"Çünki nəmli ortamda bakteriyalar sürətlə çoxalır, dəridə həssaslıq yaranır. Dəridə qızartılar yaranır, göbələk, bakteriya yığılır. Qız uşaqları öndən arxaya doğru silinməlidir. Çünki anal tərəfdə olan bakteriyalar sidik yoluna, qadın orqanına yığılmasın, infeksiya yaratmasın".
Həkim deyib ki, valideynlər alkoqolsuz salfetdən istifadə etməlidir:
"Bəzi salfetlərin içində alkoqol olur. Bu, lazımi bakteriyaları öldürür. Bu zaman oraya başqa bakteriyalar köçür. Və olmaması lazım olan canlı yaşayır. Bu isə sistitə, sidiyin qızarmasına, hətta qadın yollarının bağlanmasına gətirib çıxarır.
Məsləhətim budur ki, alkoqolsuz, keyfiyyətli salfetlərdən istifadə etsinlər. Sildikdən sonra bir qədər gözləyin ki, tam qurusun. Ya da quru salfetlə qurulamaq lazımdır. Əsas qayda, öndən arxaya doğru olmaqla...".
Aygün
Medicina.az