Nəvələrinin toyunda koronaya yoluxan ər-arvad eyni gündə öldü - FOTO

  • 2021.08.24 17:09
  • 69256 Baxış
Nəvələrinin toyunda koronaya yoluxan ər-arvad eyni gündə öldü -  FOTO
Bakıda ər-arvad eyni gündə koronavirusdan vəfat edib.

Medicina.az Modern.az-a istinadən xəbər verir ki, paytaxt sakinləri 1937-ci il təvəllüdlü Qulu Quliyev və onun həyat yoldaşı 1941-ci il təvəllüdlü Səriyyə Quliyeva bu yaxınlarda nəvələrinin toy mərasimində COVİD-19-a yoluxublar.

Onların vəziyyəti pisləşdiyindən təcili olaraq Zığda yerləşən modul tipli xəstəxanaya yerləşdiriliblər. Bir müddət müalicə alsalar da, həyatlarını xilas etmək mümkün olmayıb.

Q.Quliyev və S. Quliyeva eyni gündə - avqustun 14-də xəstəxanada vəfat ediblər.