Bal yaraları sağalda bilir- ALİMLƏR

  • 2022.09.23 13:51
  • 2420 Baxış
Bal yaraları sağalda bilir - ALİMLƏR

Mançester universitetinin alimləri balın orqanizmin toxumalarını bərpa etdiyini sübut edib.

"Medicina" xəbər verir ki, təbii balın antimikrob təsiri müxtəlif yaraları tez sağaldır.

Britaniya alimləri 85 il ərzində balla bağlı aparılmış 250 metaanalizləri incələyib.

Məlum olub ki, antibiotik terapiyanı balla kombinə etdikdə, onların gücü, təsiri artır.

Bal bədəndə təhlükəli virus və göbələklərin yayılmasının da qarşını alır.

Amma balı sarğıyla açıq yara üzərinə qoymaq olmaz. Bu zaman əks effekt olacaq. Bal yaranın bağlanmasına mane olacaq.
Bal yalnız daxilə qəbul olunmalıdır.

Aygün Musayeva