Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Baş həkimin qızının ölüm səbəbi məlum oldu

  • 2021.02.28 11:38
  • 3117 Baxış
Baş həkimin qızının ölüm səbəbi məlum oldu

Mərkəzi Klinik Xəstəxananın baş həkimi, ürək-damar cərrahı, professor Kamran Musayevin qızı Dilay Musayevanın ölüm səbəbi məlum olub.

Medicina.az bildirir ki, bu barədə onun yaxınları məlumat verib.

Bildirilib ki, Türkiyədə yaşayan 20 yaşlı D.Musayeva beyin qansızmasından dünyasını dəyişib.

Həmçinin qeyd olunub ki, D.Musayevanın cənazəsi Azərbaycana gətirilib və bu gün Bakıda dəfn olunacaq.


***

Azərbaycanın tanınmış ürək-damar cərrahı, Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayevə ağır itki üz verib.

Medicina.az xəbər verir ki, onun Türkiyədə ali təhsil alan 20 yaşlı qızı Dilay Musayeva qəfildən vəfat edib.

Yüzlərlə insanın ürəyini müalicə edən həkimin qızı ürək tutmasından həyatını itirib.

Hazırda onun nəşinin ölkəmizə gətirilməsi üçün lazımi prosedurlar həyata keçirilir.

Allah rəhmət eləsin!