Bərdədə müəllim və şagirdlər arasında koronavirusa - Yoluxma artdı

  • 2021.10.20 12:38
  • 1086 Baxış
Bərdədə müəllim və şagirdlər arasında koronavirusa     - Yoluxma artdı

Bərdədə biri şəhər, biri kənd olmaqla iki məktəbdə dərslər müvəqqəti dayandırılıb.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Bərdə rayon şöbəsinin qərarına əsasən, Bərdə şəhər Alı Mustafayev adına 5 saylı tam orta məktəb və Qarağacı kənd tam orta məktəbinin şəxsi heyəti arasında yoluxma sayının artması ciddi narahatlıq yaratdığından tədris 14 günlük müddətə məhdudlaşdırılıb.

5 saylı məktəbin direktoru Teymur Həmidov bildirib ki, rəhbərlik etdiyi məktəbdə 1 601 nəfər şagird təhsil alır. Yeddi müəllimdə virus aşkar edilib.

Bağlanan Qarağacı kənd orta məktəbində isə altı müəllim, bir texniki işçi koronavirusa yoluxub və tədris onlayn sistemə keçirilib.