Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bir ailənin 3 üzvü qazdan zəhərləndi

  • 2021.11.17 09:24
  • 1775 Baxış
Bir ailənin 3 üzvü qazdan  zəhərləndi

Goranboyda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.


Medicina.az Unikal.org-a istinadən xəbər verir ki, hadisə Qarasüleymanlı kəndində baş verib.

Belə ki ata, ana və övladı - 1994-cü il təvəllüdlü Nurcan Çapay qızı Yəhyayeva, 1989-cü il təvəllüdlü Misir Bəhruz oğlu Yəhyayev və 2014-cü il təvəllüdlü Elcan Misir oğlu Yəhyayev kənddə yaşadıqları evdə dəm qazından zəhərlənərək xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, təxminən eyni saatlarda rayonun daha bir kəndində oxşar hadisə baş verib. 1990-cü il təvəllüdlü Qarbucaq kənd sakini İbrahimova Lamiyə Şamil qızı da dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.