Bir gündə koronavirusa 230 min yeni yoluxma

  • 2023.01.07 14:56
  • 1661 Baxış
Bir gündə koronavirusa  230 min yeni yoluxma
Yaponiyada son sutkada koronavirusdan 460 nəfər ölüb.

Medicina.az xəbər verir ki, bu barədə Yaponiyanın “NHK WORLD” televiziya kanalı məlumat yayıb.

Həmçinin əlavə olunub ki, son 24 saat ərzində koronavirus infeksiyasına 230 min yeni yoluxma və ölkənin bir çox regionlarında yoluxmada yeni antirekordlar qeydə alınıb.

Mütəxəssislərin fikrincə, bu ayın ikinci yarısı virusun yayılması qəfil sürətlə arta və gündəlik 450 min yoluxma sayına çata bilər.

Xatırladaq ki, pandemiya ilə əlaqədar Yaponiyada məhdudiyyətlər tətbiq olunmayıb, lakin ictimai yerlərdə tibbi maskadan istifadə tələb olunur.