Bir sutkada koviddən 7 nəfər öldü

  • 2022.09.13 15:20
  • 988 Baxış
Bir sutkada koviddən 7 nəfər öldü



Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 325 yeni yoluxma faktı qeydə alınıb, 484 nəfər müalicə olunaraq sağalıb.



Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.



Azərbaycanda indiyədək ümumilikdə 818 263 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 806 193 nəfər müalicə olunaraq sağalıb, 9 864 nəfər vəfat edib, aktiv xəstə sayı 2 206 nəfərdir.


Ölkədə son sutka ərzində 3 912, hazırkı dövrədək isə 7 199 753 test aparılıb.