Birləşdirici toxuma displaziyasının müalicəsində Dərman

  • 2022.09.09 16:32
  • 3638 Baxış
Birləşdirici toxuma displaziyasının müalicəsində   Dərman

Uşaqlarda eyni vaxtda bir çox patologiyanın olmasına artıq alışmaqdayıq.

Doğularkən bud-çanaq displaziyası, məktəbə gedər-getməz- eynək tələb edən görmə zəifliyi, korsetə ehtiyac yaradan skolioz, supinatoru zəruri edən yastıdabanlıq, breketlə düzəldilməli olan diş qüsurları; yeniyetməlikdə-kifoz, lordoz, ürək problemi; yetkinlikdə - mədə sallanması, damar genişlənməsi, reflüks, ...davamı uzun və çeşidlidir. Bəs nədir heç ortaq nöqtəsi olmayan bu problemləri birləşdirən? Səbəb - ciddiyə alınmayan, lakin sağlamlıqda ciddi problemlər yaşadan BİRLƏŞDİRİCİ TOXUMANIN DİSPLAZİYASIdır.


"Medicina" xəbər verir ki, birləşdirici toxuma - dərinin, vətər və bağların, qığırdaqların, sümüklərin, hətta qan və limfanın tərkib hissəsidir. Əsas komponenti - onun gücünü və elastikliyini təmin edən kollagendir. Ən çox rast gəlinən patologiyası- birləşdirici toxumanın displaziyasıdır (BTD).

Bu, kollagen yaranmasının pozulmasıdır, bir neçə səbəbdən baş verir:



- kollagenin qeyri-düzgün sintezi
- səhv yığılması nəticəsində yaranan anormal kollagen
- kollagenin vaxtından tez dağılması
- kollagen və elastin liflərinin quruluşunun pozulması və s

.
BTD, kollagenin yaranmasında mutasiyaların baş verdiyi genetik pozulma nəticəsində əmələ gəlir.


Birləşdirici toxuma bütün sistemlərdə - ürək-damar, əzələ-hərəkət aparatı, tənəffüs, sidik-cinsiyyət, görmə və eşitmə, sinir sistemində və s. təmsil olduğundan, xəstəliyin təzahürləri də çeşidli olur.


Displaziyanın differensiasiya olunmuş və qeyri-differensiasiyalı formaları olur. Birinci forma bəlli genetik pozulmalardır (Elers-Danlos sindromu, Marfan sindromu, Stikler sindromu, displastik skolioz, natamam osteogenez və s). Bu sindromlara nadirən rast gəlinir; daha geniş yayılmış və aktual olan, lakin diqqətdən kənarda qalan QEYRİ-DİFFERENSİASİYA OLUNMUŞ DİSPLAZİYALARDIR (BTQDD).
Bu zaman birləşdirici toxuma vaxtından tez qocalıb deqradasiya edir, çünki struktur dayağı olan kollagenin dağılma sürəti yaranma sürətini üstələyir. Birləşdirici toxuma pozulmaları müxtəlif formalarda təzahür edir:

• Oftalmoloji patologiyalar: miopiya, çəpgözlük, astiqmatizm.

• Sümük-oynaq və əzələ: skolioz, kifoz; erkən yaşlı uşaqlıqda – bud-çanaq oynağının displaziyası, oynaqların hipermobilliyi (əl, ayaq, çiyin, kürək oynaqlarının çıxmasına meyillik, fiziki yüklənməyə xüsusi həssaslıq və travmalara meyillik), yastıdabanlıq, osteoporoz, erkən osteoxondroz, dişlərin qeyri-düzgün yerləşməsi və inkişafı, dişləmin pozulması; boyun əyriliyi, daxili orqanların sallanması

• Mədə-bağırsaq traktı: ezofagit, qastroptoz, öd kisəsinin anomaliyaları və daşyaranmaya meyillik, mədə və bağırsaq selikli qişasının iltihabi xəstəliklərinə meyillik, reflüks və peristaltikanın pozulması, qıcıqlanan bağırsaq sindromu, meqakolon, dolixosiqma, divertikullar.
• Sidik sistemi: nefroptoz, böyrəyin və / və ya sidik yollarının ikiləşməsi.

• Ürək-damar sistemi: aritmiya, qan təzyiqində dəyişikliklər, ürəyin qapaq aparatı və damar funksiyasının pozulması (ürək qapaqlarının prolapsı), ürək ritminin pozulması, venoz çatışmazlıq, varikoz

• Reproduktiv sistem: cinsi orqanların inkişafı və yerləşməsində anomaliyalar, qadınlarda spontan abortlar, cinsiyyət orqanlarının sallanması, kişilərdə yevnuxoidizm

• Sinir sistemi: vegetativ disfunksiya - tez yorulma, halsızlıq, süstlük, əmək qabiliyyətinin aşağı olması, əsəbilik, ağlağanlıq, baş ağrıları, meteohəssaslıq, yuxu pozulmaları

Dəri: nazik, hiperelastik, travmaya meyilli
Saç: nazik; qırılmaya, tökülməyə meyilli
Dırnaq: qırılmaya, laylanmaya meyilli

Çoxsaylı və çeşidli təzahürlər insan həyatını çox çətinləşdirə, hamı üçün adi olan işləri aşılmaz bir səddə çevirə bilər.

Birləşdirici toxuma displaziyasının spesifik müalicəsi yoxdur, çünki səbəb -genetik mutasiyalara bağlı kollagen sintezinin pozulmasıdır. Müalicə taktikası displaziyanın kliniki formasına əsaslanır və kompleks yanaşma tələb edir. Birləşdirici toxumanı gücləndirən və dağılmasını əngəlləyən qeyri-dərman və medikamentoz terapiyanın köməyilə prosesi ləngitmək, mümkün fəsadların qarşısını almaq mümkündür.

Qeyri-dərman üsulları: psixoterapiya, müalicəvi idman, fizioterapiya, refleksoterapiya, osteopatiya, ortopedik korreksiya, optimal qida rejimi (pasientlərin zülallara, keyfiyyətli yağlara, minerallara daha yüksək ehtiyacı olur).


Bunlar artıq formalaşmış patologiyaların korreksiya yollarıdır. Lakin səbəbi, yəni zəif kollagen sintezini gücləndirmək üçün medikamentoz terapiya çox önəmlidir. İnteqrativ tibbdə problemin həllinə yönəlmiş təbii tərkibli, İtaliya istehsalı Guna Made preparatından istifadə olunur.

Kollagenin kəmiyyət və keyfiyyət çatışmazlığının əvəz edilməsi və zədələnmiş toxumanın bərpası üçün şəraitin yaradılması – Guna Made preparatının böyük nailiyyətidir.

Preparatın komponentləri:

Collagen suis -normal kollagen sintezini stimulyasiya edir, keyfiyyətsiz, natamam strukturlu kollagen yaranmasının qarşısını alır
Funiculus umbilicalis suis - hialuron turşusunun sintezini aktivləşdirir, birləşdirici toxumanın funksiyasını tənzimləyir.
Hyaluronidase - autoloji hialuronidazanın aktivliyini modulyasiya edir, proteoqlikanların sintezini aktivləşdirir

Musculus suis - əzələ funksiyasını yaxşılaşdırır.

Displaziyalı insanlarda kollagenspesifik bir çox makro- və mikro elementlərin səviyyəsi aşağı olur. Maqnezium, kalsium defisiti kollagen sintezini yavaşıdır, onun dağılmasını sürətləndirən maddələrin aktivliyini artırır.

Magnesium gluconicum –sümüklərin mineralizasiyasının, kollagenin yaranma və yetişməsinin mühüm kofaktorudur

Calcium Fluoratum-birləşdirici toxumada (sümük, qığırdaq, bağlar, elastik liflər, sümüküstlüyü…) degenerativ dəyişikliklərinin müalicəsində vacib komponentdir.

Vit. B1, Vit. B6 - B qrup vit-i zülal metabolizmini normallaşdırır

Nicotinamid, vit. C, Ac. Cis aconitum, Ac. Fumaricum, Alpha-ketoglucaricum, Baryum oxalsuccinicum, Natrium oxalaceticum, Natrium Pyrivicum, Manganum gluconicum, Manganum phosphoricum – kollagen istehsalı üçün vacib olan ATF sintezində mühüm rol oynayır.


Beləliklə, GUNA MADE® preparatı

- Birləşdirici toxumanı drenaj edir
- Birləşdirici toxumada trofikanı stimulyasiya edir
- Birləşdirici toxumada degenerativ prosesləri əngəlləyir
- Hialuronidazanın aktivliyini modulyasiya edir
- Birləşdirici toxumada metabolizmi sürətləndirir

- Hialuron turşusunun, kollagen və elastinin sintezini aktivləşdirir

Kollagen sintezinin pozulması ilə əlaqəli çoxsaylı simptomlar vaxtında diaqnostika və müalicə olunmalıdır. Bu baxımdan kollagen sintezinin bütün yollarına təsir edən Guna Made preparatı bu patologiyaların müalicəsində uğurlu seçim ola bilər.


Aygün Musayeva