Canan Karataydan çay içənlərə bəd xəbər: Bu saatda içməyin

  • 2025.08.23 23:36
  • 173 Baxış
Canan Karataydan çay içənlərə bəd xəbər:  Bu saatda içməyin

Canan Karatay son vaxtlar artan qan azlığı ilə bağlı mühüm açıqlamalar verib. O, həmçinin yeməkdən sonra çaydan uzaq durmağın vacibliyini vurğulayıb.

Medicina.az xəbər verir ki, türkiyəli prof.dr.Canan Karatay xroniki halsızlıq, baş ağrıları, yuxululuğun səbəblərini açıqlayıb.

Sağlamlıq sahəsində təəccüblü açıqlamaları ilə tanınan Prof.Dr.Canan Karatay yeməkdən sonra çay içməyin zərərli təsirlərini də müzakirə edib. Karatay çayın dəmirin udulmasına maneə törətdiyini və qan azlığına səbəb olduğunu bildirib.



Karatay bu gün bir çox insanın halsızlıq, baş ağrısı, yuxululuq kimi şikayətlərlə qarşılaşdığını bildirib. Bu şikayətlərin kökündə qan azlığının olduğunu vurğulayan Karatay, "Qanazlığı pandemiyaya çevrilib", deyib.

Karatay anemiyanın bir çox səbəbi olduğunu açıqlayıb. O, bildirib ki, bunlardan biri də qlütendir.

Karatay qəza, əməliyyat və ya doğuş zamanı qan itkisinin də qan azlığına səbəb ola biləcəyini xatırladıb. O, qanazlığının əlamətlərini belə sadalayıb: "Zəiflik, yuxusuzluq, yorğunluq, tez-tez xəstəliklər. Anemiya həm də immunitet sistemini zəiflədir".



Karatay anemiyanın qarşısının alınmasında qidalanmanın əhəmiyyətini vurğulayıb. O bildirib ki, yeməkdən sonra çay içmək dəmirin sorulmasını pozur və qan azlığını kəskinləşdirir. Karatay çayın qırmızı ətin tərkibində olan dəmiri məhv etdiyini bildirib.



Çay yerinə su, ayran və ya kefir kimi içkilərin seçilməsini tövsiyə edən Karatay, çayın yeməkdən ən az iki saat sonra içilməsi lazım olduğunu və yeməkdən sonra qətiliklə içilməməsi lazım olduğunu qeyd edib.

Aygün
Medicina.az