Göbələyin rənginə, qoxusuna, dadına baxaraq zəhərli olub-olmadığını müəyyən etmək mümkün deyil.
Medicina.az xəbər verir ki, mütəxəssislərin fikrincə, göbələk zəhərlənməsinin simptomları göbələkdə olan zəhərin növündən asılı olaraq dəyişə və iki-altı saat ərzində özünü göstərə bilər. İlkin simptomlara başgicəllənmə, yuxululuq, aşağı qan təzyiqi, bulanıq görmə, üz və boyun qızarması, ağızda metal dad, ürəkbulanma, qusma və tərləmə daxildir.
Daha ağır hallarda ürəkbulanma, qusma, ishal, qızdırma, ürək döyüntüsü, qarın ağrısı, qaraciyər və böyrək funksiyasının pozulması altı saat ərzində baş verə bilər və bu, ölümlə nəticələnə bilər.
Aygün
Medicina.az