Britaniyada koronavirusun ikinci dalğası yaxınlaşır

  • 2020.09.19 01:16
  • 6038 Baxış
Britaniyada koronavirusun ikinci dalğası yaxınlaşır
Böyük Britaniyanın Baş naziri Boris Conson Britaniyada koronavirusun ikinci dalğasının yaxınlaşdığını deyib.

Medicina.az xəbər verir ki, Boris Conson ölkədə sərtləşdirilmiş karantin rejiminin yenidən tətbiq edilməsini istəmədiyini bildirib.

Buna baxmayaraq, Baş nazir vurğulayıb ki, hökumət infeksiyaya yoluxma nisbətinin aşağı düşməsinə kömək etmək üçün bəzi addımlar ata bilər: “Britaniyaya yoluxmanın ikinci dalğasının yaxınlaşdığını görürük. Aydındır ki, biz hər şeyi nəzarət altında saxlayacağıq. Əlbəttə, koronavirusla bağlı vəziyyət mənfiyə doğru irəlilədikcə biz də daha çox tədbir görməli olacağıq”.

Qeyd edək ki, son sutka ərzində Britaniyada koronavirusa yoluxanların sayı 4322 nəfər olub.