Bu 3 zərərli qida pəhrizdə faydalıdır

  • 2023.04.20 20:09
  • 2470 Baxış
Bu 3 zərərli qida pəhrizdə faydalıdır
Pəhrizinizə daxil etməli olduğunuz 3 zərərli qida var ki, dieta daxilində faydalı ola bilər.

“Medicina” xəbər verir ki, həkim – diyetoloq Albina Kammisarovanın sözlərinə görə, elə qidalar var ki, sağlamlığa müsbət təsir göstərir və pəhrizdə ən sağlam qidalar hesab edilir.

Süd məhsulları uşaqlıqdan bəri çoxlarının pəhrizinə daxil edilmişdir. Südü pəhrizdən çıxarsaq, gərək əvəzində digər qidaları rasionumuza daxil edək ki, südün tərkibindəki kalsiumu əvəz etsin. Məsələn tum, balıq, paxlalılar, badam, göyərti və taxıl məsulları. Bunlardan bəzilərini pəhrizə yararsız olduğu, yaxud da sağlığımızla əlaqədar yeyə bilmədiyimiz üçün rasiondan çıxarmış oluruq. Ona görə də süd məhsullarını rasionumuza daxıl edə bilərik.

Ekspert qeyd edir ki, süd məhsullarından imtina əsaslandırılmalıdır. Səbəb inək südü zülalına qarşı təsdiqlənmiş allergiya və ya laktozaya qarşı dözümsüzlük ola bilər.

Şəkər - çoxları “şəkər ağ ölümdür” ifadəsini eşidib. Məlumdur ki, şəkərin həddindən artıq istehlakı şəkərli diabet, diş çürüməsi riskini artırır, eyni zamanda çəki artımına səbəb olur. Şəkərin zərərli olduğuna şübhə yoxdur, lakin şəkər yalnız bişmiş yeməklər və desertlərdə deyil, bir çox qidalarda olur.

Şəkər sadə karbohidratlara aid olduğundan tez həzm olunur və bizə enerji verir. Yüksək kalorili məzmuna baxmayaraq, şəkər aşağı qida dəyərinə malikdir. Buna görə də onun qəbulunu məhdudlaşdırmaq tövsiyə olunur. Eyni zamanda, məhdudiyyətlər şirniyyatlar, şərbətlər, şəkərin özü (hər hansı), həmçinin bal və meyvə şirələrinə aiddir.

Çörək - arıqlamaq üçün pəhrizdən ilk olaraq çıxarılır. Lakin kalori miqdarı tərkibinə və qəbuluna görə dəyişir. Amma ümumilikdə bir dilim çörəyin çəkisi təxminən 30 qr və 60 kkal ehtiva edir. Bu isə bir almanın kalorisindən azdır.

Yaxşı tam taxıldan çörək lif, B vitaminləri və minerallarla zəngindir. Çörək toxluq hissini uzadır.

Sağlamlığa zərər verən məhsul özü deyil, düzgün qəbul edilməməsidir. Pəhriz tərtib edərkən mütəxəssislə məsləhətləşsəniz, sevdiyiniz yeməklərdən tamamilə imtina etməyə ehtiyac olmadığı ortaya çıxacaq.

Aynur Məmmədova