Bu gün kovidə yoluxanlar

  • 2022.08.04 16:42
  • 7246 Baxış
Bu gün kovidə yoluxanlar

Azərbaycanda koronavirusa 495 yeni yoluxma qeydə alınıb, 360 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Bakupost.az a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, sutka ərzində koronavirusdan 3 nəfər ölüb.

Ölkədə indiyədək 800 478 nəfər koronavirusa yoluxub. Onlardan 787 839 nəfər müalicə olunaraq sağalıb, 9 755 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 2 884 nəfərdir.

Ölkədə son sutka ərzində 3 708, hazırkı dövrədək isə 7 058 973 test aparılıb.