Bu günə yoluxma statistikası - 32 nəfər öldü

  • 2021.04.16 19:15
  • 1846 Baxış
Bu günə yoluxma statistikası  - 32 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2163 yeni yoluxma faktı qeydə alınıb, 2251 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.


Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 478, ötən müddət ərzində isə ümumilikdə 3 082 157 test aparılıb.