"Tibb işçiləri cəbhədə fəaliyyətini davam etdirəcək"

  • 2020.10.16 11:37
  • 1610 Baxış
"Tibb işçiləri cəbhədə fəaliyyətini davam etdirəcək"

“Hazırda bizim atəş altında işləyən xəstəxanalarımız var. Bizim itkilərimiz var. Biz hərbi həkimlər itirmişik”.

Medicina.az xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, cəbhə bölgəsində həkimlər və tibb işçiləri fəaliyyətini davam etdirəcək:

”Buna heç kimin şübhəsi olmasın”.