Daha 1 540 erməni koronavirusa yoluxdu

  • 2020.10.17 11:11
  • 2315 Baxış
Daha 1 540 erməni koronavirusa yoluxdu

Ermənistanda daha 1 540 nəfərdə koronavirus aşkarlanıb.

Medicina.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 63 000-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 11 nəfər artaraq 1 067-yə çatıb. İndiyədək 47 925 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 13 694 aktiv koronavirus xəstəsi var.