Diana Əhədpur xərçənglə mübarizə apardığını bildirdi- Məndə limfoma aşkarlandı

  • 2023.10.04 15:09
  • 2843 Baxış
Diana Əhədpur xərçənglə mübarizə apardığını bildirdi - Məndə limfoma aşkarlandı
Azərbaycanlı model, bloger, Dubayda yaşayan Diana Əhədbur bir müddətdir xərçənglə mübarizə apardığını etiraf edib.

"Medicina" xəbər verir ki, Diana S. Cəfərovanın youtube kanalında açıqlamasında limfoma xəstəliyindən danışıb.

" Məndə limfoma (limfa düyünlərinin şişi) aşkarlandı. İndi danışmağım mənim kimi olan hansısa bir qıza mənəvi dəstək ola bilər. Heç bir əlamət yox idi. İldə bir dəfə çek apdan keçəndə aşkarlandı. Uzun müddət İstanbulda yaşadım, şiş götürüldü, kimyaterapiya aldım.

Həkimlər xərçəng olduğumu deyəndə gözümdən bir damcı yaş düşdü. Düşüncəmdən xəstəliyi tamam çıxartdım. Aprelin 30-da yenidən müayinələrin cavabı çıxdı. Xəstəlikdən əsər-əlamət qalmadığı deyildi. Həkimlər belə təəccüblənmişdi".

Aygün Musayeva