Avropa Beynəlxalq Hospitalı innovativ tibbin mərkəzinə çevrilir - FOTO

  • 2026.02.21 13:35
  • 108 Baxış
Avropa Beynəlxalq Hospitalı innovativ tibbin mərkəzinə çevrilir -  FOTO

Paytaxtın Badamdar qəsəbəsində fəaliyyət göstərən Avropa Beynəlxalq Hospitalı təqdim etdiyi geniş imkanlar və müasir yanaşması ilə ölkənin özəl səhiyyə sektorunda seçilən tibb müəssisələrindən birinə çevrilib.

Medicina.az xəbər verir ki, 2024 cü ildən etibarən sürətli inkişaf yolu keçən hospital, yüksək texnoloji infrastrukturla peşəkar həkim heyətini bir araya gətirərək pasiyentlərə paytaxtın mərkəzində keyfiyyətli və etibarlı tibbi xidmət təqdim edir.

Tibb müəssisəsi ilk baxışdan öz geniş və funksional infrastrukturu ilə diqqət çəkir. Standart klinika anlayışından kənara çıxan bu kompleks çoxşaxəli xidmətləri ilə fərqlənir. Daxili planlama pasiyent rahatlığı üzərində qurulub: geniş və işıqlı dəhlizlər, müasir tələblərə cavab verən palatalar, eləcə də əlilliyi olan şəxslər üçün uyğunlaşdırılmış mühit müalicə prosesini daha komfortlu və əlçatan edir. Bu yanaşma yalnız tibbi xidmətlə kifayətlənməyərək, pasiyentin ümumi təcrübəsini yaxşılaşdırmağa yönəlib.

Paytaxtda yerləşən bir çox tibb müəssisələri üçün aktual problem olan parkinq məsələsi də burada effektiv şəkildə həll olunub. Hospitalın geniş və rahat parkinq sahəsi pasiyentlərin və onların yaxınlarının vaxt itirmədən tibbi xidmətə çatmasına imkan verir. Bu üstünlük xüsusilə təcili tibbi yardıma ehtiyac yaranan hallarda böyük əhəmiyyət daşıyır və xidmətin operativliyini artırır.

Hospitalın əsas üstünlüklərindən biri də güclü həkim heyətidir. Burada Azərbaycanın tanınmış və təcrübəli mütəxəssisləri ilə yanaşı, xarici təhsil və elmi dərəcəyə malik həkimlər də fəaliyyət göstərir. Kardiologiya, cərrahiyyə, terapiya və digər sahələr üzrə xidmətlər beynəlxalq tibbi protokollara uyğun şəkildə həyata keçirilir. Müasir laboratoriyalar, diaqnostika mərkəzləri və son nəsil tibbi avadanlıqlar dəqiq diaqnoz qoyulmasına və mürəkkəb əməliyyatların yüksək uğurla icrasına şərait yaradır.

Bundan əlavə, hospitalın 24/7 fəaliyyət göstərən təcili yardım xidməti pasiyentlərə günün istənilən vaxtında operativ tibbi dəstək təqdim edir. Fərdi yanaşma prinsipi, pasiyent məmnuniyyətinə yönəlmiş xidmət modeli və beynəlxalq akkreditasiyalara uyğun keyfiyyət standartları bu tibb müəssisəsini regionun etibarlı və nüfuzlu səhiyyə mərkəzlərindən birinə çevirir.

Bütün bu amillər Avropa Beynəlxalq Hospitalını yalnız bir müalicə məkanı deyil, eyni zamanda yüksək tibbi xidmətin, peşəkarlığın və müasir səhiyyə yanaşmasının nümunəsi kimi ön plana çıxarır.