Kişinin ağzında 42 diş çıxıb

  • 2026.03.11 21:14
  • 116 Baxış
Kişinin ağzında 42 diş çıxıb



Prathab Muniandi adlı malayziyalı ağzında əlavə dişlərin çıxdığını görüb.

Kişi müşahidələrini qohumları ilə bölüşdü və onlar da Prathabın o vaxt 38 dişi olduğunu təsdiqlədilər.

Medicina.az xəbər verir ki, diş həkiminə gedən kişi hələ çıxmamış daha dörd dişi olduğunu aşkar etdikdə daha da təəccübləndi. Artıq proses başa çatdıqdan sonra 33 yaşlı Prathab rəsmi olaraq ən çox diş - 42 diş üzrə dünya rekordçusu oldu.

Yeri gəlmişkən, rekordçu bu yaxınlarda daha iki dişinin olduğunu öyrəndi.


Pratab bildirib ki, əlavə dişlər ona heç bir narahatlıq yaratmır və ətrafındakı insanlar bunu hiss etmirlər.


Aygün Musayeva