Döş xərçənginə qarşı yeni dərman tapıldı

  • 2022.12.14 15:49
  • 2539 Baxış
Döş xərçənginə qarşı yeni dərman tapıldı

Britaniya alimləri döş xərçəngi şişlərini kiçildən "Capivasertib" adlı yeni preparat kəşf edib.



"Medicina" xəbər verirki, dərmanın xərçəngə səbəb olan protein molekulu AKT-nin fəaliyyətini blokladığını vurğulayıblar.

London Xərçəng Araşdırma İnstitutunda (ICR) araşdırmalardan sonra "Capivasertib" dərmanı "AstraZeneca" şirkəti tərəfindən istehsal edilib. Bu zaman ABŞ-ın San Antonio Döş Xərçəngi Simpoziumunda dərmanın üçüncü mərhələ klinik sınaqlarının uğurlu nəticələri də əsas götürülüb.


"Capivasertib"-nin şişləri kiçildə biləcəyi və döş xərçəngini əvvəlki dərmanlardan iki dəfə daha uzun müddətə dayandıra biləcəyi qeyd edilib.


Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, 2020-ci ildə dünyada təxminən 2,5 milyon qadına döş xərçəngi diaqnozu qoyulub. Eyni zamanda, xəstəlik həmin il təxminən 687 min insanın ölümünə səbəb olub.