Dünyada ilk sintetik embrion yaradıldı

  • 2022.08.08 16:48
  • 2416 Baxış
Dünyada ilk sintetik embrion yaradıldı


İsrailin Veysman institutunun elmi qrupu siçanların kök hüceyrəsindən laboratoriya şəraitində süni sintetik embrion alıblar.

Bakupost.az xəbər verir ki, bunun üçün alimlər gəmiricilərin kök hüceyrəsini bağırsaq traktı ilə strukturu, beyin və döyünən ürəyin embrion fazasındakı formasında toplaşmasına birləşməsinə nail olublar.

Bəzi hüceyrələr əvvəldən xüsusi kimyəvi maddə ilə aktivləşdirilib.

Hüceyrələr plasenta və dölün müəyyən orqanlatının genetik proqramına uyğun hərəkət edib.

Eksperimentin nəticəsində əksər hüceyrələr lazımi strukturlarda formalaşa bilmədi, 0,5% isə topalanaraq toxumaya çevrildi.

Sintetik embrion struktur və genetik bazasına görə əsl təvii embrionla 95% uyğunluq təşkil edib.

Alimlər bu işi davam etdirərək daha təkmil embrion yaratmağı düşünür. Əgər sintetik embrion hazırlanarsa, ondan lazım olan canlını yetişdirmək asan olacaq.