Ermənistanda koronavirusa yoluxanların sayı 92 mini ötdü

  • 2020.11.01 15:30
  • 288989 Baxış
Ermənistanda koronavirusa yoluxanların sayı 92 mini ötdü
Ermənistanda daha 2 441 nəfərdə koronavirus aşkarlanıb.

Medicina.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 92 254-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 22 nəfər artaraq 1 363-ə çatıb. İndiyədək 55 827 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 34 691 aktiv koronavirus xəstəsi var.