Evlilik cinsi əlaqəyə marağı niyə öldürür?

  • 2023.05.16 21:25
  • 2085 Baxış
Evlilik cinsi əlaqəyə marağı niyə öldürür?
Evli insanların üçdə birinin cinsi həyatı artıq maraq kəsb etmir, onlar bunu yorucu hesab edirlər. Stressdən, yorğunluqdan və.s problemlərdən əziyyət çəkdiklərini bildirirlər.


“Medicina” xəbər verir ki, Britaniya sosioloqlarının məlumatlarına görə, bu gün evli insanların üçdə birinə qədəri ailə cinsini sözün əsl mənasında evlilik vəzifəsi hesab edir. Yəni onlar üçün bu, yerinə yetirməyə borclu olduqları yorucu bir işdir.

Benenden Sağlamlıq Cəmiyyətinin sözçüsü Lourens Kristensenin sözlərinə görə, nikahda olan partnyorların cinsi həyatının stereotipləri məhv olur.


Sorğuda iştirak edən iki min insanın 20%-i ailə seksini “darıxdırıcı” adlandırıb və hər 7 nəfərdən biri sevişmək əvəzinə kitab oxumağa ya telefonla oynamağa üstünlük verib.


İllər keçdikcə həyat yoldaşlarına qarşı əvvəlki həyəcan tədricən yox olur. Vərdişin gücü də rol oynayır, insanlar yeni bir şey sınamaq istəyirlər.

Ümumiyyətlə, orta hesabla evli cütlük ayda 5 dəfə cinsi əlaqəyə girsə də, sorğuda iştirak edənlərin 10%-i bildirib ki, həyat yoldaşları artıq onlarda cinsi istək, şəhvət oyatmır.

Yəni seks xoşagəlməz, lakin zəruri vəzifələr kateqoriyasına daxil olub. Daha da acınacaqlısı odur ki, 25% kişi və qadın sırf evlilik borcundan çəkinmək üçün özünü xəstə kimi göstərməkdən də çəkinmir.

Günay Quluzadə