Gələn il pandemiya olacaqmı? - Alimdən açıqlama

  • 2024.04.01 14:21
  • 364 Baxış
Gələn il pandemiya olacaqmı?    - Alimdən açıqlama
"Bu il və gələn il hər hansı pandemiya elan etməyə gərək yoxdur, kovid dövriyyədə olsa da".


"Medicina" xəbər verir ki, bu sözləri Rusiyanın akademiki Gennadiy Onişenko deyib.

"Ara-sıra karantin tətbiq edilə bilər. Qızılca, kovid və s. infeksion xəstəliklərə görə bağçalar, məktəblər, məntəqələr.

Artıq yaz gəlib, kəskin infeksiyalar və kovid kəskinləşməyəcək.

Epidemiya və pandemiyanı unuda bilərik.

Amma bu o demək deyil ki, kovid və onun ştammlarına yoluxma olmayacaq.

Kovid və qrip kimi infeksion xəstəliklər, mövsümi respirator xəstəliklər həmişə olacaq.

Xroniki xəstələr, ürək-damar, tənəffüs sistemi xəstəlikləri olanlar, hamilələr yenə də özlərini qorumalıdır".


Aygün M