Gələn il vaksinlər burun spreyi formasında olacaq - ÜST nümayəndəsi

  • 2021.12.23 16:36
  • 1696 Baxış
Gələn il vaksinlər burun spreyi formasında olacaq -  ÜST  nümayəndəsi
Yeni nəsil vaksinlər yaxın gələcəkdə sprey və tablet formasında olacaq. Bununla yanaşı kovid vaksinləri də ikinci nəslə keçib, ildən ilə modelləşəcək.

Medicina.az xəbər verir ki, bu barədə ÜST rəsmisi Sumya Svaminatan bildirib.

O qeyd edib ki, nazal və tablet formalı vaksinlərin ənənəvi iynə vaksinlərdən əsas üstünlüyü insanlarda peyvəndə qarşı qorxu hissini azaltmaq olacaq.

Bunun üçün tibb bacılarına ehtiyac olmayacaq, insanlar özləri özlərini peyvənd edib qorunmuş olacaqıar. Buruna fısqırdılan vaksin yerli immun cavab da yaradacaq, virusu orqanizmin girişində qarşılayıb, aşağı tənəffüs yollarına keçməsinin qarşısını alacaq.

Hazırda yeni ikinci nəsil 129 kovid vaksini kliniki işləmədədir.