İkinci dalğada Fransa və İsrail liderdir - Sərt karantinə keçid

  • 2020.09.16 16:00
  • 1330 Baxış
 İkinci dalğada Fransa və İsrail liderdir  -	Sərt karantinə keçid

Avropada koronavirusa yoluxma üzrə rekord say Fransada qeydə alınıb. Eləcə də virus yeni güclə İspaniya, Britaniya və Çexiyanı bürüyür.



Medicina.az xəbər verir ki, Yaxın Şərqdə isə pandemiyanın qaynar nöqtəsi İsraildir. O yenidən tam qapanmaya keçib.
Fransada sutkalı yoluxma 10 min nəfəri keçib, reanimasiyada xəstələrin sayı artıb. Hökumət əhalini şəxsi və birbaşa görüş və ünsiyyətdən çəkinməyə çağırır.

“Məkan nə qədər kiçik, orada adam nə qədər çoxdursa, yoluxma bir o qədər yüksəkdir. Ona görə qapalı yerlərdə az olun”

İsrail isə yenidən lokdaundadır.

9 milyon əhalisi olan ölkədə gündəlik yoluxma 3-4 min nəfərdir.
Ona görə 4 həftəlik sərt karantin rejimi tətbiq edilir.

İsrail bununla dünyada pandemiyanın ikinci dalğasında ilk tam karantinə keçən dövlət oldu. Bütün ticarət mərkəzləri, məktəb və universitetlər bağlanıb, sakinlər evlərindən ancaq 500 metr uzağa gedə bilərlər.