İnsanın adı onun taleyinə necə təsir edir?

  • 2023.05.11 16:47
  • 1510 Baxış
İnsanın adı onun taleyinə necə təsir edir?
Psixoloqlar bir insanın adının onun xarakteri və taleyi üçün önəmli olduğunu bildirirlər.

“Medicina” xəbər verir ki, psixoloq Valeriya Qutanın sözlərinə görə, insan doğulduğu andan etibarən öz fərdliliyi ilə seçilir. Ad bir fərdi digərləndən fərqləndirmək üçün qoyulur.

Sosial nəzəriyyəyə görə, bir insanın mənşəyini, milliyyətini, dinini, hətta xarakter və temperamentinin əsas xüsusiyyətlərini adla müəyyən etmək olar.

“İnsan emosional varlıqdır. Odur ki, müxtəlif adların səslənməsi həm ad sahibində, həm də ətrafdakı insanlarda müəyyən reaksiyalara səbəb olur. Rəvan və melodik səslənən adlar yumşaq xarakterli insanlar, tərkibində sərt, qısa səslər, hərflər olan adlar isə daha inadkar və qətiyyətli insanlara xasdır.

Adın ilk olaraq qulağa səsləndirildiyi zaman kobud və ya mehriban səslənməsindən də çox şey asılıdır. Məhz burdan insan xarakteri formalaşır”.

Amerikalı psixoloq Cin Tvengenin 2000 – ci ildəki araşdırmalarına görə, çox insan öz adını bəyənmir. Bu da özünə dəyərin aşağı düşməsinə səbəb olur, insanlarla ünsiyyətdə, cəmiyyətə uyğunlaşmada maneələr yaradır. Beləliklə, insanda təcrid, utancaqlıq, qeyri-müəyyənlik xarakter kimi formalaşır.

Lakin zaman keşdikcə, bəziləri öz adlarına uyğunlaşaraq bəyənməyə başlayır və bununla da cəmiyyətlə daha açıq əlaqə qurulur.

Öz-özünə hər hansı bir ad xarakterin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərə bilməz. Amma adlara münasibətimiz, onların mənaları, dəyəri və buna inamımız xarakterimizi formalaşdıra bilir.

Günay Quluzadə