İsraildə körpələrə kovid peyvəndi vurulacaq

  • 2022.07.06 15:08
  • 1249 Baxış
İsraildə körpələrə kovid peyvəndi vurulacaq

İsrailin Səhiyyə Nazirliyi 6 aydan 4 yaşadək uşaqların “Pfizer” və “Moderna” şirkətlərinin koronavirus əleyhinə vaksinləri ilə peyvənd olunmasına icazə verib.


Medicina.az xəbər verir ki, bununla da İsrail ABŞ-dan sonra dünyada körpələrin peyvəndlənməsinə icazə verən ikinci ölkə olub.


İsrailli ekspertlər bildirirlər ki, sözügedən vaksinlərin səmərəlilik dərəcəsi yüksəkdir, yan təsirləri nəzərə alınmayacaq qədər azdır.